05.05.2024

Təhsil müəssisələrimizdə "Məktəblərdə Məhəmməd Füzuli ayı" layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib.

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar bu ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilmişdi.

 

Layihə çərçivəsində Lənkəran-Astara Regional Təhsil İdarəsinin ümumi təhsil müəssisələrində “dəyirmi masa”lar, şairin əsərləri və kitabları ilə tanışlıq, poeziya gecələri, ədəbi-bədii kompozisiyalar, şairə həsr olunmuş sənədli filmlərin nümayişi, “Füzuli dünyası” adlı intellektual oyun və müsabiqənin keçirilməsi kimi fəaliyyətlər icra edilib.

 

Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.

 

#LənkəranAstaraRTİ #FüzuliAyı #MəktəblərdəMəhəmmədFüzuliAyı #tədbir


Açar sözlər: ,  ,  ,  ,