30.04.2024

"Şahin" hərbi-idman oyunlarının zona mərhələsi uğurla keçirilib.

"Şahin" hərbi-idman oyunlarının zona mərhələsi uğurla keçirilib. İştirakçılar sıra hazırlığı, intellektual müsabiqə, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və çadırın qurulması mərhələlərində bacarıqlarını nümayiş etdiriblər.

Qiymətləndirməyə əsasən, ən yüksək bal toplayan Lerik, Cəlilabad və Astara komandaları ardıcıl olaraq ilk üç yerə layiq görülüblər.

Final mərhələsi #GənclərPaytaxtı Lənkəranda keçiriləcək. “Şahin” hərbi-idman oyunlarının əsas məqsədi məktəblilərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunması, Şanlı Zəfər tarixinin təbliğidir.

 

Qeyd edək ki, “Şahin” hərbi-idman oyunlarının zona mərhələsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiq etdiyi əsasnaməyə əsasən keçirilib.

 

#LənkəranAstaraRTİ #LənkəranAstaraGİİ #ŞahinHİO #ZonaBirinciliyi #birkimibirlikdə


Açar sözlər: ,