10.05.2024

“Təhsil” Respublika İdman Mərkəzinin ağır atletika idman növü üzrə gənclər arasında keçirilən Respublika birinciliyi yekunlaşıb.

06-08 may 2024-cü il tarixlərində Lənkəran şəhərində “Təhsil” Respublika İdman Mərkəzinin ağır atletika idman növü üzrə gənclər arasında Respublika birinciliyi keçirilib. 

 

Mükafatlandırma mərasimində iştirak edən Elm və Təhsil nazirinin müşaviri, "Təhsil" Respublika İdman Mərkəzinin direktor vəzifəsini icra edən Rüstəm Ağayev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Lənkəran şəhər uşaq-gənclər idman-şahmat məktəbinin direktoru Ceyhun Məmmədov yarışda mübarizə aparan idmançılara uğurlar arzulayıb, qalibləri təltif ediblər. Beynəlxalq Ağır Atletika Federasiyasının qaydaları əsasında gənc oğlanlar arasında təşkil olunan yarışda ağır atletika bölməsi üzrə 7 uşaq-gənclər idman-şahmat məktəbindən 67 nəfər idmançı mübarizə aparıb. Qalib idmançılar Təhsil Respublika İdman Mərkəzi tərəfindən diplom və medallarla təltif olunub.

 

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların aşkar edilməsi, onların yarış təcrübələrinin artırılması, Mərkəzin gənclərdən ibarət yığma komandasının tərkibinin müəyyən edilməsindən ibarət olub.

 

Çəki dərəcələri üzrə yer tutan idmançıları təqdim edirik.

49 kq çəki dərəcəsində:

I yer - Nihat Zairov – 1 №-li RİOEUGİM

II yer - Toğrul Mustafayev – Gəncə şəhər 2 №-li UGİŞM

III yer - Mirmöhsüm Tağızadə – Gəncə şəhər 2 №-li UGİŞM

 

55 kq çəki dərəcəsində:

I yer - Əlimehdi Hüseynov – Lənkəran şəhər UGİŞM

II yer - Mehdi Tağızadə – Lənkəran şəhər UGİŞM

III yer - Feyzulla Rüstəmov – Lənkəran şəhər UGİŞM

 

61 kq çəki dərəcəsində:

I yer - İlham Əkbərov – Lənkəran şəhər UGİŞM

II yer - Kərəm Əliyev – Gəncə şəhər 1 №-li UGİŞM

III yer - Kamil Həsənzadə – Gəncə şəhər 1 №-li UGİŞM

 

67 kq çəki dərəcəsində:

I yer - Dəniz Bağırov – Lənkəran şəhər UGİŞM

II yer - Ümid Nağıyev – 5 №-li İOEUGİM

III yer - Əliəkbər Sadıxov – Lənkəran şəhər UGİŞM

 

73 kq çəki dərəcəsində:

I yer - Emil Quliyev–1 №-li RİOEUGİM

II yer - Məhəmməd Həsənov – Gəncə şəhər 2 № UGİŞM

III yer - Murad İsmaılov – Lənkəran şəhər UGİŞM

 

81 kq çəki dərəcəsində:

I yer - Cavidan Mustafayev Sumqayıt şəhər 1 №-li İOEUGİŞM

II yer - Səid Əhmədli – Gəncə şəhər 2 №-li UGİŞM

III yer - Emin Əliyev – Sumqayıt şəhər 1 №-li İOEUGİŞM

 

89 kq çəki dərəcəsində:

I yer - Orxan Zöhrabzadə – 5 №-li İOEUGİM

II yer - Hüseynəli İbrahimov – 5 №-li İOEUGİM

III yer - Səbuhi Baxşıyev – 1 №-li RİOEUGİM

 

96 kq çəki dərəcəsində:

I yer - Tahir Sultanlı – 5 №-li İOEUGİM

 

102 kq çəki dərəcəsində:

I yer - Hüseyn Hüsynov – Lənkəran şəhər UGİŞM

II yer - Rəbbani Niftəliyev – Sumqayıt şəhər 1 №-li İOEUGİŞM

 

+102 kq çəki dərəcəsində:

I yer - Elmar Quluzadə – 5 №-li İOEUGİM

II yer - Bayram Aslanov – Sumqayıt şəhər 1 №-li İOEUGİŞM

 

Bütün iştirakçılara növbəti yarışlarda uğurlar arzulayırıq!

 

#LənkəranAstaraRTİ #TəhsilRİM #respublikabirinciliyi #ağıratletika


Açar sözlər: ,  ,