Mayın 5-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan V, VI və VII sinif şagirdlərinin iştirak etdiyi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib. Lənkəran-Astara zonası üzrə imtahanlarda 243 nəfər şagird iştirak edib.
2023–2024-cü tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin təşkili və keçirilməsi qaydalarında dəyişikliklər edilib. Belə ki, VI sinif şagirdləri üçün müsabiqələr riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri üçün isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə təşkil olunub. Bununla yanaşı fənn müsabiqələrində şagirdlərə təqdim edilən məntiq bloku ləğv olunub. Belə ki, iştirakçılar sadəcə müvafiq fənn üzrə tapşırıqları həll ediblər.
► Şagirdlər 14 may 2024-cü il tarixindən etibarən https://portal.edu.az/platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər. Qeyd edək ki, hər istiqamət üzrə ən yüksək nəticə göstərmiş 150 nəfər şagird finalda iştirak hüququ qazanacaq.
Olimpiada və müsabiqədə iştirak etmiş şagirdlərimizə uğurlar arzulayırıq!
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #LütfiZadəAdınaRiyaziyyatMəntiqOlimpiadası #MəktəblilərarasıFənnMüsabiqələri