Lənkəranda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Lənkəran-Astara Regional Təhsil İdarəsinin kollektivi ilk olaraq Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Sonra Lənkəran şəhər 1 nömrəli tam orta məktəbdə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbir başlamazdan əvvəl Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.Tədbir Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevin nitqi ilə başlayıb. O, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlərindən söhbət açıb. İdarə müdiri “Təhsil millətin gələcəyidir” şüarının müəllifi Heydər Əliyevin müvafiq tapşırıqları ilə təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb.
Tədbirdə Ulu Öndərin zəngin həyatını əks etdirən qısametrajlı film, məktəbəqədər uşaqların və məktəblilərin ifasında maraqlı ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
#HeydərƏliyev #LənkəranAstaraRTİ #EduAz #MÜTDA #HeydərƏliyev101