Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dövlət qurumları arasında "Heydər Əliyev İrsi" adlı intellektual yarış keçirilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə dövlət qurumları arasında keçirilən intellektual yarışda Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional Filialının, Məşğulluq Agentliyinin Lənkəran-Astara Filialının, Lənkəran “ASAN Xidmət” Mərkəzinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin komandaları iştirak ediblər.
Yarışda Heydər Əliyevin siyasi irsi, həyat və fəaliyyəti ilə bağlı olan suallar cavablandırılıb. Gərgin keçən intellektual mübarizədə Lənkəran-Astara Regional Təhsil İdarəsinin #Bellator komandası 1-ci , Lənkəran “ASAN xidmət” Mərkəzinin #ASAN komandası 2-ci yeri, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional Filialının #Naturalist komandası isə 3-cü yeri qazanıb.
Qalib komandalara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok, diplom və medalları təqdim olunub.
#LənkəranAstaraRTİ #LənkəranAstaraGİİ #birkimibirlikdə #gəncləridman #intellektualyarışma