28 dekabr 2016- cı il tarixdə Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti iclası keçirilmişdir.

Şura iclasında rayonun Tükəvilə və Şirinsu kənd tam orta məktəblərində aparılmış monitorinqin nəticələri, şəhər 3 №-li, Viravul kənd 2 №-li, Zövlə Parakənd və Səpnəkəran kənd tam orta məktəblərində şagirdlərin dərsliklərlə təminatı və onların qorunub saxlanılması işlərinin vəziyyəti, şəhər 10 №-li, Viravul 1 №-li, Osaküçə, Gəgiran və Nərimanabad kənd tam orta məktəblərində dərs bölgüsünün aparılması vəziyyəti haqqında məsələlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir.
ƏtraflıBacı-qardaşın qələbə sevinci

Elnar Məmmədli Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin I “b” sinif şagirdidir. Qeyri-adi istedadı ilə fərqlənən Elnar çoxlu şeirlər , nağılllar söyləyir, ingilis dilində kitablar oxuyur və lüğət vasitəsi ilə tərcümələr edir. O, 3 və 4 rəqəmli ədədlər ilə toplama , çıxma və bölmə əməllərini asanlıqla yerinə yetirir, vurma cədvəlini əzbərdən söyləyir. Elnar Məmmədli və 4 yaşlı bacısı Nuray Məmmədli Lənkəran şəhər Şahmat Məktıbində şahmatla da məşğul olurlar. Onlar son illərdə rayon və respublika miqyasında keçirilən yarışlarda bir sıra uğurlar qazanıblar.
ƏtraflıTəhsil Şöbəsi əməkdaşları ilə seminar keçirilmişdir.

26 dekabr 2016-cı il tarixdə Şəhər Təhsil Şöbəsi əməkdaşlarının iştirakı ilə seminar keçirilmişdir. Seminarı ŞTŞ-nın müdiri Ş.Əhmədova açmışdır. Gündəlik haqqında məlumat verilmişdir.Sonra Şöbənin müdir müavini G.Bağırov və metodist R.Mirzəzadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli, 498 nömrəli qərarı ilə təsdiq edilmiş
ƏtraflıLənkəranda şəhid Qalib Zülfüqarlının xatirəsi anılıb.

Lənkəran şəhərində ki,7 N-li tam orta məktəbdə təhsil ocağının məzunu olmuş,silahlı qüvvələrin şəhid zabiti Qalib Zülfüqarlının doğum günü ilə əlaqədar tədbir keçirilib.Mərasimdə məktəbin direktoru Ülviyyə Əliyeva şəhid zabitin qısa,lakin mənalı ömür yolundan danışıb.İgid zabit 2015-ci il martın 27- də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olub.Qalib Zülfüqarlı ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.
ƏtraflıƏn yüksək nəticə
Rayonumuzun Sütəmurdov kənd tam orta məktəbinin ali təhsilli riyaziyyat müəllimi Aslanlı Günel Aslan qızı Masallı şəhərində keçirilmiş müəllimlərin diaqnostik qiymətləndirilməsində ən yüksək nəticə göstərmiş və 60 bal toplamışdır.
Daha iki müəllim maksimum bal topladı

Dekabrın 20-də Masallıda keçirilən Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iki nəfər müəllim yüksək nəticə göstərib.
ƏtraflıRayonlar üzrə diaqnostik qiymətləndirmə başa çatıb

Dekabrın 20-də Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb. Üç gün davam edən imtahanlarda 7500 nəfərdən çox müəllim iştirak edib.
Ətraflı
Dekabrın 15-də təhsil naziri Mikayıl Cabbarov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
ƏtraflıNövbəti diaqnostik qiymətləndirməyə start verilib

Dekabrın 15-də Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.
ƏtraflıSalyan, Neftçala və Biləsuvar rayon müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi

15-16 dekabr tarixlərində Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
ƏtraflıÜmummilli liderimiz Heydər Əliyevin xatirəsi Lənkəranın ümumtəhsil müəssisələrində ehtiramla yad edilir.

Bu günlər Azərbaycan xalqının dahi oğlu, böyük şəxsiyyət, böyuk mənada İnsan, ümummilli liderimiz Heydər Əliyevin xatirəsi respublikanın hər yerində olduğu kimi Lənkəranın ümumtəhsil müəssisələrində də böyuk ehtiramla yad edilir.
ƏtraflıAçıq qapılar günü keçirilmişdir.

10 dekabr 2016-cı il tarixdə Lənkəran Şəhər 4 №-li məktəb-liseydə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı açıq qapılar günü keçirmişdir.
Tədbirdə rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri, müəllim və valideynlər iştirak etmişlər.
Ətraflı"Ədəbiyyat biliciləri" müsabiqəsi keçirildi

Azərbaycan Respublikası təhsil nazirinin 7 noyabr 2016-cı il tarixli, 722 nömrəli əmrinə uyğun olaraq Xanbulan kənd tam orta məktəbində "Ədəbiyyat biliciləri" müsabiqəsi keçirildi. Müsabiqədə bədii əsər oxumağa meyil və maraq göstərən, Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən 45 nəfər şagird iştirak edirdi.
ƏtraflıTəhsil naziri İmişli şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 15 dekabr 2016-cı il tarixində saat 13:00-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.
Ətraflı