21.12.2016

Ən yüksək nəticə

         Rayonumuzun Sütəmurdov kənd tam orta məktəbinin ali təhsilli riyaziyyat müəllimi Aslanlı Günel Aslan qızı Masallı şəhərində keçirilmiş müəllimlərin diaqnostik qiymətləndirilməsində ən yüksək nəticə  göstərmiş və 60 bal toplamışdır.

      Günel Aslanlı 1985-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Orta  təhsilini şəhər 3 N-li tam orta məktəbdə almışdır. 2006-cı ildə bakalavr, 2009-cu ildə magistr təhsilini Lənkəran Dövlət Universitetində fərqlənmə diplomu ilə başa vurmuşdur.

          2006-cı ildə rayonun Sütəmurdov kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır.

          Lənkəranın pedaqoji ictimaiyyəti adından Günel xanımı təbrik edir, ona ən xoş arzularımızı bildiririk.