Təhsil Şöbəsində qəbul

6-9 fevral 2017-ci il tarixdə Türkiyənin Antalya şəhərində taekvando üzrə gənclər arasında keçirilən Avropa çempionatında 51 kq çəki dərəcəsində şəhər 7 N-li tam orta məktəbinin XI sinif şagirdi Sultan Fərid qalib gələrək I yeri tutmuşdur.
ƏtraflıTəhsil Şöbəsində müşavirə

18 fevral 2017-ci il tarixdə şəhər 4 nömrəli məktəb-liseydə müşavirə keçirilmişdir. Müşavirədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov , rayonun ümumtəhsil məktəblərinin rəhbərləri və Təhsil Şöbəsinin əməkdaşları iştirak etmişlər.
ƏtraflıPrezident İlham Əliyev Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini qəbul edib

Dövlət başçısı Azərbaycan ilə Qətər arasında çox yaxın tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirdi, bu əlaqələrin mümkün qədər çox sahələri əhatə etməsinin vacibliyini qeyd etdi.
Ətraflı“Ədəbiyyat biliciləri” müsabiqəsi

Təhsil Nazirliyinin 2016-2017-ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə 722 nömrəli, 07 noyabr 2016-cı il tarixli əmrinin icrası istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, hələ dərs ilinin birinci yarısında müsabiqənin keçirilməsi ilə bağlı məktəb rəhbərlərinin təlimati müşavirəsi keçirilmiş, qaydalar barədə onlara geniş izahat verilmişdir. Şəhər Təhsil Şöbəsinin 10 noyabr 2016-cı il tarixli, 74 nömrəli əmri ilə müsabiqənin rayon mərhələsinin keçirilməsini təşkil edən təşkilat komitəsi yaradılmışdır.
Ətraflı“Sabahın alimləri” VI Respublika Müsabiqəsinə start verilib

Fevralın 16-da “Sabahın alimləri” VI Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib.
ƏtraflıÜmumi və ilk peşə-ixtisas təhsili müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Cari ilin aprel-may aylarında ölkəmizin digər 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
ƏtraflıErkən nigah və onun fəsadları.

Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbində VIII-XI siniflərdə oxuyan qızlarla “Erkən nigah və onun fəsadları” mövzusunda dəyirmi masa keçirilmişdir.
ƏtraflıAçıq dərs

13 fevral 2017-ci il tarixdə şəhər 9 nömrəli tam orta məktəbinin VI sinfində məktəbin qabaqcıl müəllimi Tağızadə Mehriban Ağadadaş qızının tarix fənnindən “İbtidai icma quruluşunun dağılması , Qarabağ kurqanları” mövzusunda açıq dərsi keçirilmişdir.
ƏtraflıMilli qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir keçirilmişdir.

Lənkəran şəhər V.Əliyev adına 4 N-li məktəb-liseydə milli qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir keçirilmişdir.
Məktəbin müəllimi Nuranə Babayeva Mübariz İbrahimovun həyat və şərəfli döyüş yolu haqqında ətraflı məlumat vermişdir.
ƏtraflıTəhsil naziri Şabranda vətəndaşları qəbul edib

Fevralın 6-da təhsil naziri Mikayıl Cabbarov Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edib.
ƏtraflıTəhsil naziri Şabran şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 6 fevral 2017-ci il tarixində saat 10:00-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edəcək. Qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Ətraflı27 yanvar 2017-ci il tarixdə şəhər 4 №-li məktəb-liseydə Şəhər Təhsil Şöbəsinin illik hesabat yığıncağı keçirilmişdir.

27 yanvar 2017-ci il tarixdə şəhər 4 №-li məktəb-liseydə Şəhər Təhsil Şöbəsinin illik hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova 2016-cı ildə Lənkəranda təhsil sahəsində görülmüş işlərdən, uğurlardan və qarşıda duran vəzifələrdən ətraflı bəhs etmişdir.
ƏtraflıŞəhər 9 N-li tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir kecirildi.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi ilə Lənkəran Şəhər Təhsil Şöbəsinin 2017-ci il tədbirlər planına uyğun olaraq cari ilin yanvar ayının 17-də şəhər 9 N-li tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir kecirildi.
ƏtraflıLənkəranın ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilmişdir.

20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyimizin oyanış günüdür. Bu uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Ətraflı2017-2018 –ci tədris ilində şagirdlərin X siniflərə təmayüllər üzrə qəbulu barədə müşavirə.

19 yanvar 2017-ci il tarixdə şəhər 4 nömrəli məktəb-liseydə müşavirə keçirilmişdir. Müşavirədə rayonun ümumtəhsil məktəblərinin rəhbərləri və Təhsil Şöbəsinin əməkdaşları iştirak etmişlər.
Ətraflı