Şura iclasında rayonun Tükəvilə və Şirinsu kənd tam orta məktəblərində aparılmış monitorinqin nəticələri, şəhər 3 №-li, Viravul kənd 2 №-li, Zövlə Parakənd və Səpnəkəran kənd tam orta məktəblərində şagirdlərin dərsliklərlə təminatı və onların qorunub saxlanılması işlərinin vəziyyəti, şəhər 10 №-li, Viravul 1 №-li, Osaküçə, Gəgiran və Nərimanabad kənd tam orta məktəblərində dərs bölgüsünün aparılması vəziyyəti haqqında məsələlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir.
Təhsil Şöbəsinin müdiri Şəhanə xanım Əhmədova iclası yekunlaşdırmış, qarşıda duran vəzifələrdən danışmış və sonda rayonun pedaqoji ictimaiyyətini qarşıdakı bayramlar münasibəti ilə təbrik etmişdir.