30.12.2016

Rayonun  Xanbulan  kənd   tam orta   məktəbində “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusunda maarifləndirici  tədbir kecirildi.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi ilə Lənkəran  Şəhər  Təhsil  Şöbəsinin 2016-ci il    tədbirlər planına uyğun  olaraq cari ilin dekabr ayının 29-da rayonun Xanbulan kənd   tam orta   məktəbində “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusunda maarifləndirici  tədbir kecirildi. Tədbirdə  Lənkəran  Şəhər  Təhsil  Şöbəsinin metodisti  Kamran  Məmmədov, FHN-nin Cənub  Regional  Mərkəzinin  ictimaiyyətlə  əlaqə  və  təbliğat  sektorunun  müdiri  Zaur  Hüseynov  və  məktəbin  direktoru  Mərziyyə  Əliyeva  çıxış  etdilər.


Açar sözlər: ,  ,