Lənkəran şəhərində ki,7 N-li tam orta məktəbdə təhsil ocağının məzunu olmuş,silahlı qüvvələrin şəhid zabiti Qalib Zülfüqarlının doğum günü ilə əlaqədar tədbir keçirilib.Mərasimdə məktəbin direktoru Ülviyyə Əliyeva şəhid zabitin qısa,lakin mənalı ömür yolundan danışıb.İgid zabit 2015-ci il martın 27- də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olub.Qalib Zülfüqarlı ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.
Lənkəran Rayon Ağsaqqalar Şurasının sədr müavini Sərhad Məmmədov,Milli Qəhrəman Əsgər Əliyevin atası Ələkbər Əliyev,Lənkəran Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Cəmil Axundzadə,Qarabağ Müharibəsi Əlilləri və Veteranları Cəmiyyətinin sədri Əbülfət Əliyev,müəllim Amil Qurbanov və başqaları torpaqlarımız uğrunda şəhid olmuş Qalib Zülfüqarlının mənalı ömür yolunun gənclərə örnək olduğunu bildiriblər.