Elnar Məmmədli Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin I “b” sinif şagirdidir. Qeyri-adi istedadı ilə fərqlənən Elnar çoxlu şeirlər , nağılllar söyləyir, ingilis dilində kitablar oxuyur və lüğət vasitəsi ilə tərcümələr edir. O, 3 və 4 rəqəmli ədədlər ilə toplama , çıxma və bölmə əməllərini asanlıqla yerinə yetirir, vurma cədvəlini əzbərdən söyləyir. Elnar Məmmədli və 4 yaşlı bacısı Nuray Məmmədli Lənkəran şəhər Şahmat Məktıbində şahmatla da məşğul olurlar. Onlar son illərdə rayon və respublika miqyasında keçirilən yarışlarda bir sıra uğurlar qazanıblar. 2015-ci ildə Lənkıran şəhərində keçirilən Respublika çempionatının zona yarışlarında Elnar Məmmədli ən kiçik yaşlı iştirakçı kimi fərqlənmə diplomuna layiq görülüb. 4 yaşlı Nuray isə Balakənddə keçirilən Respublika Şahmat olimpiadasında uğurla çıxış edib. 2016-cı ilin oktyabrında isə Lənkəran şəhərində keçirilən “Təhsil” Respublika İdman Mərkəzinin zona yarışında Elnar 7 yaşa qədər oğlanlar arasında , Nuray isə 7 yaşa qədər qızlar arasında I yerə çıxıblar. Final mərhələ bu ilin 14-23 noyabr tarixlərdə Quba şəhərində keçirilib. Həmin yarışda Elnar və Nuray özlərindən 3 yaş böyüklərlə oynamalarına baxmayaraq 7 oyunda 4 xal toplayaraq 4-6 –cı yerləri bölüşdürüblər. Şahmat üzrə mütəxəssislər əminliklə ifadə edirlər ki, 6 yaşlı Elnar və 4 yaşlı Nuray ölkəmizi şahmat üzrə dünya arenasında keçiriləcək yarışlarda layiqincə təmsil edəcəklər.