26 dekabr 2016-cı il tarixdə Şəhər Təhsil Şöbəsi əməkdaşlarının iştirakı ilə seminar keçirilmişdir. Seminarı ŞTŞ-nın müdiri Ş.Əhmədova açmışdır. Gündəlik haqqında məlumat verilmişdir.Sonra Şöbənin müdir müavini G.Bağırov və metodist R.Mirzəzadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli, 498 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil alanların yekunqiymətləndirilməsi (attestasiyasının) aparılması Qaydaları” barədə slaydlarla məlumat vermiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışlar. Ş.Əhmədova seminarı yekunlaşdırmış, qarşıda duran vəzifələrdən danışmışdır.