Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbində VIII-XI siniflərdə oxuyan qızlarla “Erkən nigah və onun fəsadları” mövzusunda dəyirmi masa keçirilmişdir. Məktəbin direktoru M.Əliyeva qızların təhsillərini davam etdirmələrinin əhəmiyyəti və vacibliyindən, tərbiyə işləri üzrə direktor müavini S.Kərimova erkən nigahın fəsadlarından bəhs etmişdir.
Məktəbin şagirdlərindən Ramilə Məlikzadə, Səbuhə Babazadə və Nərmin Əlizadə mövzu ətrafında çıxışlar etmişlər .
Sonda M.Əliyeva dəyirmi masanı yekunlaşdırmışdır.