21.02.2017

Təhsil Şöbəsində qəbul

6-9 fevral 2017-ci il tarixdə Türkiyənin Antalya şəhərində taekvando üzrə gənclər arasında keçirilən Avropa çempionatında 51 kq çəki dərəcəsində şəhər 7 N-li tam orta məktəbinin XI sinif şagirdi Sultan Fərid qalib gələrək I yeri tutmuşdur.

17-21 fevral 2017-ci il tarixdə badminton üzrə respublika çempionatı keçirilmişdir. Həmin yarışda şəhər 7 N-li tam orta məktəbinin IV sinif şagirdi Zəhra Kərimova 10 yaşlı qızlar arasında I yeri tutaraq diplomla təltif olunmuşdur.

Hər iki çempion, şəhər 7 N-li tam orta məktəbinin direktoru və məşqçilər şöbədə qəbul edilmişlər. Qəbul zamanı Təhsil Şöbəsinin müdir müavini G.Bağırov qazanılmış qələbəyə görə onları təbrik etmiş, yeni-yeni uğurlar arzu etmişdir.