28.02.2017

27  fevral  2017- ci il tarixdə Şəhər Təhsil Şöbəsi Təhsil  Şurasının növbəti iclası keçirilmişdir.

        Şura iclasında rayonun Kosalar kənd ümumi orta və Separadi kənd tam orta məktəblərində aparılmış monitorinqin nəticələri, şəhər 9 №-li, Gərmətük, Aşağı Nüvədi qəsəbə, Sütəmurdov  və Şağlaser kənd tam orta məktəblərində fiziki tərbiyə dərslərinin tədrisi vəziyyəti haqqında, şəhər 1 №-li tam orta məktəbinin texnologiya müəllimi Sədaqət Kazımovanın qabaqcıl iş təcrubəsi haqqında  məsələlər müzakirə  olunmuş və müvafiq  qərarlar qəbul edilmişdir.

        Təhsil Şöbəsinin müdiri Şəhanə xanım Əhmədova iclası yekunlaşdırmış, qarşıda duran vəzifələrdən danışmış  və sonda rayonun pedaqoji ictimaiyyətini qarşıdakı bayramlar münasibəti ilə təbrik etmişdir.


Açar sözlər: ,