26 fevral Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bütün bunlar erməni vandalları tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.
Lənkəran ŞTŞ-nın Tədbirlər Planına uyğun olaraq 26 fevral Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, müəllimlər faciə barədə danışmış,şagirdlər tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Belə tədbirlər şəhər məktəblərində, Şürük, Boladi 1Nli, Şovu, Nərimanabad, Liman1Nli, Girdəni, Mamusta, Gərmətük, Xanbulan, Haftoni, Aşağı Nüvədi, Səpnəkəran və başqa məktəblərdə daha yüksək səviyyədə keçirilmişdir.