17.02.2017

“Ədəbiyyat biliciləri” müsabiqəsi

        Təhsil Nazirliyinin 2016-2017-ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi  barədə 722 nömrəli, 07 noyabr 2016-cı il tarixli əmrinin icrası istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, hələ dərs ilinin birinci yarısında müsabiqənin keçirilməsi ilə bağlı məktəb rəhbərlərinin təlimati müşavirəsi keçirilmiş, qaydalar barədə onlara geniş izahat verilmişdir. Şəhər Təhsil Şöbəsinin 10 noyabr 2016-cı il tarixli, 74 nömrəli əmri ilə müsabiqənin rayon mərhələsinin keçirilməsini təşkil edən təşkilat komitəsi yaradılmışdır.

        Qaydalara uyğun olaraq 2016-cı ilin noyabr-dekabr aylarında müsabiqənin məktəb  mərhələsi keçirilərək  başa çatdırılmışdır. Bu mərhələdə rayonun 85 ümumtəhsil məktəbindən 1931 nəfər  şagird (VIIIsinif üzrə 503 nəfər, IX sinif üzrə 552 nəfər,  Xsinif üzrə 449 nəfər, XI sinif üzrə 427 nəfər) iştirak etmişdir. Onlardan 138 nəfər ( VIII sinif üzrə 25 nəfər, IX sinif üzrə 48 nəfər, X sinif üzrə 35 nəfər, XI sinif üzrə 32 nəfər) müsabiqənin rayon mərhələsində iştirak etmək hüququ qazanmışdır. 2017-ci ilin yanvar – fevral aylarında müsabiqənin rayon mərhələsinin keçirilməsi ilə bağlı müəyyən təşkilatı tədbirlər həyata keçirilmişdir.

        14 yanvar 2017-ci il tarixdə VIII-IX siniflər üzrə 70 nəfər, 08 fevral 2017-ci il tarixdə X-XI siniflər üzrə 68 nəfər, cəmi138 nəfər şagird müsabiqənin rayon mərhələsində iştirak etmişdir. Müsabiqə V.Əliyev adına şəhər 4 N-li məktəb – lisedə keçirilmişdir. Rayon mərhələsində şəhər 1,2,3,4,5,6,7,8,10 N-li, XDT Gimnaziya,Boladi 2 N-li, Darquba, Viravul 2 N-li, Aşağı Nüvədi, Hirkan, Xanbulan, Cil, Xolmili, Vilvan, Vel, Xarxatan, Gərmətük və başqa məktəblər fəal iştirak etmişlər.

        Rayon mərhələsində şəhər 10 N-li tam orta məkətbinin X sinif şagirdi Əsədzadə Nərmin Amal qızı ( müəllim Əsədova Natəvan Əlihəsən qızı) və şəhər 2 N-li tam orta məktəbinin XI sinif şagirdi Hüseynzadə İnarə Eldar qızı (müəllim Hüseynova Ülkər Vaqif qızı) qalib gəlmiş və respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır.


Açar sözlər: ,  ,  ,