18 fevral 2017-ci il tarixdə şəhər 4 nömrəli məktəb-liseydə müşavirə keçirilmişdir. Müşavirədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov , rayonun ümumtəhsil məktəblərinin rəhbərləri və Təhsil Şöbəsinin əməkdaşları iştirak etmişlər.
Müşavirəni Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə xanım Əhmədova açaraq 2017-2018 – ci tədris ilində şagirdlərin X siniflərə təmayüllər üzrə qəbul olunacağı barədə məlumat verdi .
Məsələ haqqında Təhsil Nazirliyinin əməkdaşı Ə.Adıgözəlov ətraflı məlumat vermiş, vəzifələrdən danışmış, valideyinlər, şagirdlər və ictimaiyyət arasında geniş maarifləndirmə işlərinin aparılması vacibliyindən bəhs etmişdir.
Sonda suallara cavab verilmişdir.