Nümunəvi dərs

Aprelin 18-də M.Bağırov adına şəhər 1 nömrəli tam orta məktəbində “Tərəqqi medal”lı biologiya müəllimi Sevda Haşımovanın XI sinifdə “İnsan psixikasının inkişaf xüsusiyyətləri” mövzusunda nümunəvi dərsi keçirilib.
ƏtraflıƏməkdaşlıq əlaqələri genişlənir

Lənkəran şəhər və Astara rayon Təhsil Şöbələrinin müvafiq əmrlərinə uyğun olaraq Astara rayonunun 3, 5 nömrəli, Çayoba və Təngərüd kənd tam orta məktəblərinin rəhbərləri və pedaqoji kollektivlərinin nümayəndələri Lənkəran şəhər 8, 10 nömrəli, Xanbulan kənd və Hirkan qəsəbə tam orta məktəblərinin qonağı olublar.
ƏtraflıLənkəran məktəblilərinin növbəti uğuru

14-15 aprel tarixdə Bakı şəhərində Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı və Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda III Respublika müsabiqəsi keçirilib.
Ətraflı“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi keçirilir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsinə başlanılıb.
ƏtraflıÜrgə kənd tam orta məktəbində görüş

Aprelin 12-də rayonun T.Zamanov adına Ürgə kənd tam orta məktəbində müəllim, şagird və valideynlər, habelə yerli icra və bələdiyyə orqanlarının nümayəndələri ilə Lənkəran ŞRPŞ-nın rəisi, polis polkovniki İslam Himbətovla görüş keçirilib.
Ətraflı“Məktəblilər arasında respublika çempionatı”nın atletika idman növü üzrə zona yarışları keçirilib

12-13 aprel tarixdə Lənkəran Olimpiya İdman Kompleksində “Məktəblilər arasında respublika çempionatı”nın atletika idman növü üzrə III mərhələsi (zona yarışları) keçirilib.
ƏtraflıTəhsil Nazirliyinin “Oxu günü” tədbirinin keçirilməsi haqqında

Aprelin 12-də şəhər Respublika Uşaq Gənclər İnkişafı Mərkəzinin akt zalında “Oxu günü” ilə bağlı ayrı-ayrı məktəblərdən gəlmiş şagirdlər öz istedadlarını nümayiş etdirdilər.
ƏtraflıŞəhər 6 nömrəli tam orta məktəbin növbəti uğuru

Aprelin 10-da Şəhər Təhsil Şöbəsinin müdiri A.İbrahimov Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəbində olub, qələbə münasibətilə qalib komandanı təbrik edib, komandanın rəhbərləri Rəfail Ağayev və Zöhrə Qasımovaya fəxri fərman təqdim edib.
ƏtraflıŞagirdlərimiz final mərhələsində iştirak etmək huququ qazanıb

Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələrinə əsasən Lənkəran rayonun ümumtəhsil müəssisələrindən 107 şagird iştirak edib. Onlardan 11 nəfəri respublika final mərhələsində iştirak etmək huququ qazanıb.
ƏtraflıMüddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin nəzərinə
Verilişin qonağı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadədir
Rus dili və ədəbiyyatı olimpiadası

Aprelin 5-də Lənkəran şəhər 4 nömrəli məktəb-liseydə Cənub bölgəsi məktəblərinin VII və VIII sinif şagirdləri arasında XI Respublika rus dili və ədəbiyyatı olimpiadası keçirilib. Olimpiadada Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının 148 nəfər şagird iştirak edib.
ƏtraflıAparıcı məsləhətçilər məktəblərdə olublar

02-03 aprel tarixdə Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri S.Əliyev, N.Əkbərov, A.Aslanov, C.Axundzadə və M.Quliyev şəhər 7 nömrəli, Ürgə, Şağlaküçə, Siyavar və Şürük kənd tam orta məktəblərində olublar.
ƏtraflıFənn olimpiadalarının yarımfinal turunun nəticələri açıqlanıb

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb.
Ətraflı“Aprel döyüşləri tariximizin qəhrəmanlıq səhifəsidir”

Aprelin 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə “Aprel döyüşləri tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
ƏtraflıTəhsil naziri Samux şəhərində vətəndaşları qəbul edəcək

Samux, Göygöl, Kəlbəcər rayon və Gəncə şəhər sakinlərinin nəzərinə!
Ətraflı