Azərbaycan Respublikası Təhsil Nazirliyinin ”Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihənin tətbiqi barədə” 27 noyabr 2017-ci il tarixli, 423 nömrəli əmrinə müvafiq olaraq 18 aprel 2019-cu il tarixdə M.Bağırov adına şəhər 1 nömrəli tam orta məktəbində “Tərəqqi medal”lı biologiya müəllimi Sevda Haşımovanın XI sinifdə “İnsan psixikasının inkişaf xüsusiyyətləri” mövzusunda nümunəvi dərsi keçirilib.
Dərsdə Lənkəran Dövlət Universiteninin biologiya və tibbi biliklər kafedrasının müdiri vəzifəsini icra edən dosent Məmmədhüseyn Hüseynov, Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırov, metodkabinet müdiri Zaur Ağazadə, məktəbin direktoru Nəzakt Abdullayeva, müəllimlər və təcrübəçi tələbələr iştirak ediblər. Müasir təlim üsulları əsasında keçirilən bu dərs dinləyicilərin böyük marağına səbəb olub.
Sonra Lənkəran Dövlət Universitetinin dosenti Məmmədhüseyn Hüseynovun rayonun ayrı-ayrı məktəblərindən dəvət olunmuş təbiət təmayüllü şagirdlərlə biologiyadan həlli nisbətən çətin olan məsələ və tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar dərs keçib.Diskussiya şəraitində keçən dərs hamının marağına səbəb olub.