Aprelin 23-də “Oxu günü” tədbirinin keçirilməsi haqqında Təhsil Nazirinin 04 mart 2019-cu il tarixli, F-103 nömrəli əmrinin icrasını təmin etmək məqsəilə Heydər Əliyev mərkəzində rayonun ümumtəhsil məktəblərinin iştirakı ilə kütləvi “Oxu günü” tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları foyedə kitab sərgisi və rayon məktəblilərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə Şəhər İcra Hakimiyyəti və Təhsil Şöbəsinin rəsmiləri, rayonun ümumtəhsil məktəblərinin rəhbərləri, müəllimləri, şagirdləri və rayonun yaradıcı ziyalıları iştirak ediblər.
Tədbiri giriş sozü ilə Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov açaraq kitab oxumağın, mütəliənin insan həyatında oynadığı roldan, əhəmiyyətindən ətraflı danışıb. Sonra təbrik üçün söz Şəhər İcra Hakimiyyətinin məsul işçisi Könül Manafovaya və Yazıçılar Birliyi Lənkəran bölgəsinin ədəbi məsləhətçisi yazıçı Ağamir Cavad tədbir içtirakçılarını təbrik etdilər. Sonra rayon məktəblilərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayış etdirilib.
“Oxu günü” tədbiri iştirakçılar tərəfindən böyük marağla qarşılanıb.