25.04.2019

Təhsil Şurasının növbəti iclası

Aprelin 25-də Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti iclası keçirilib. Şura iclasını Lənkəran ŞTŞ-nın müdiri A.İbrahimov açıb. İclasda rayonun Girdəni və Tüədo kənd tam orta məktəblərində təlim-tərbiyə işlərinin vəziyyəti, şəhər 1, 2 nömrəli, Boladi 1 nömrəli, Viravul 2 nömrəli və Qumbaşı kənd tam orta məktəblərinin məktəbəhazırlıq qruplarında təhsilin təşkili vəziyyəti, Azərbaycan Respublikasının Təhsil nazirinin ümumtəhsil məktəblərində sağlam mənəvi-psixoloji və təhlükəsizlik mühitinin yaradılması barədə 12 aprel 2019-cu il tarixli, K-405 nömrəli əmrinin icrası ilə əlaqədar qarşıda duran vəzifələr haqqında məsələlər müzakirə olunub.

Müzakirə olunan məsələlər barədə şöbənin əməkdaşları S.Əliyev, N.Əkbərov, Z.Ağazadə və G.Bağırovun arayışları dinlənilib və müvafiq qərarlar qəbul edilib.

Şura iclasında 15 saylı ƏMHM-nin rəisi S.Novruzov Təhsil Nazirliyinin 16.04.2019-cu il tarixli, 04-09-530/13 nömrəli təlimati məktubu ilə əlaqədar məktəb rəhbərlərinə geniş izahat və tapşırıqlar verib.

Sonda Şəhər Təhsil Şöbəsinin müdiri A.İbrahimov Şura iclasını yekunlaşdırıb və qarşıda duran vəzifələrdən bəhs edib.


Açar sözlər: ,