Aprelin 12-də rayonun T.Zamanov adına Ürgə kənd tam orta məktəbində müəllim, şagird və valideynlər, habelə yerli icra və bələdiyyə orqanlarının nümayəndələri ilə Lənkəran ŞRPŞ-nın rəisi, polis polkovniki İslam Himbətovla görüş keçirilib.
Görüşdə geniş məruzə ilə çıxış edən İ.Hümbətov təlim-tərbiyə sahəsində rayonun ümumtəhsil müəssisələrində qazanılan uğurlarla yanaşı rayonda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə, erkən nikahlara və dini radikalizmə qarşı aparılan mübarizə sahəsində görülmüş işlərdən konkret faktlar əsasında ətraflı bəhs edib.
Görüşdə Lənkəran ŞTŞ-nın müdir müavini Güloğlan Bağırov çıxış edərək gündəlikdəki məsələlərlə bağlı pedaqoji kollektivlərin və valideynlərin öhdəsinə düşən vəzifələrdən geniş bəhs edib.
Sonda məktəbin direktoru Ramin Hüseynov qonaqlara təşəkkürünü bildirib.