Azərbaycan Respublikası Təhsil Nazirliyinin ”Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihənin tətbiqi barədə” 27 noyabr 2017-ci il tarixli, 423 nömrəli əmrinə müvafiq olaraq 18 aprel 2019-cu il tarixdə V.Əliyev adına şəhər 4 nömrəli humanitar təmayüllü məktəb liseydə Lənkəran Dövlət Universitetinin müəllimi, kimya üzrə fəlsəfə doktoru Gülbəniz Qədirova ustad dərsi keçib. Dərs dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Dərsdə Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi N.Əkbərov, şəhərin və qonşu kənd məktəblərinin kimya müəllimləri iştirak ediblər.
Sonra G.Qədirova təbiət təmayüllü şagirdlərlə kimyadan həlli nisbətən çətin məsələ və tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar dərs keçib.