Lənkəran-Astara RTİ-nin təşkilatçılığı, ARTİ-nin dəstəyi ilə məktəb direktorları, direktor müavinləri və bu sahə üzrə namizədlərə “Öyrənək və tətbiq edək” layihəsi çərçivəsində vebinarlar keçirilir.
İyunun 19-da Məktəbdə sənədləşmə işlərinin aparılması modulu üzrə keçirilən vebinarda “Buraxılan və əvəz edilən dərslərin uçotu kitabı”, “Pedaqoji şuranın təşkili və aparılma qaydası, pedaqoji şuranın protokol kitabının aparılması ” və "Pedaqoji işçilərin uçotu kitabı” mövzuları ilə bağlı şərh bölməsində qeyd edilən suallar və onların cavablarını təqdim edirik.