Lənkəran-Astara RTİ-nin təşkilatçılığı, ARTİ-nin dəstəyi ilə məktəb direktorları, direktor müavinləri və bu sahə üzrə namizədlərə “Öyrənək və tətbiq edək” layihəsi çərçivəsində vebinarlar keçirilir.
İyunun 13-də Məktəbdə sənədləşmə işlərinin aparılması modulu üzrə keçirilən vebinarda “Şagirdlərin şəxsi işi”, “Əlifba kitabı”, "Jurnalların (sinif, günü uzadılmış qrup, maraq üzrə kurs məşğələsi) yazılma qaydası” və “Ümumi orta və tam orta təhsil haqqından attestat blankarının uçotu və verilməsi kitabının yazılması” mövzuları ilə bağlı şərh bölməsində qeyd edilən suallar və onların cavablarını təqdim edirik.