Fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1 və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR  EDİRƏM:

 

1.Uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2018-2019-cu dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilsin (1, 2 və 3 nömrəli əlavələr).

2. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

3. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.  

 

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

20 iyul 2018-ci il

F-527


Əlavə:

2018-2019-cu dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər”