Azərbaycan Respublikasının dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikasının dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarının 2017-2018-ci dərs ilinə aid tədris (məşğələ) planı və tədris (məşğələ) planına dair “Qeydlər” təsdiq edilsin (1 və 2 nömrəli əlavələr).
2. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) həmin tədris (məşğələ) planının vaxtında yerlərə çatdırılmasını, İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
3. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
4 iyul 2017-ci il
№184
Əlavə:
1. Dövlət ümumtəhsil məktəbinin məktəbəhazırlıq qrupu üçün tədris (məşğələ) planı