İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin 2016-2017-ci dərs ilinə aid tədris planının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

        

1. “İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin  2016-2017-ci dərs ilinə aid tədris planı” və “Tədris planına dair qeydlər” təsdiq edilsin (əlavə olunur).

2. Ümumi və məktəbəqədər  təhsil şöbəsi (A.Əhmədov) tədris planının  həmin siniflərin fəaliyyət göstərdiyi təhsil müəssisələrinə vaxtında çatdırılmasını təmin etsin.

3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavələri ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

4.  Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun.

 

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

8 iyul 2016-cı il

№467


Əlavə:

 

İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin 2016-2017-ci dərs ilinə aid tədris planı

İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin 2016-2017-ci dərs ilinə aid tədris planına dair qeydlər