“Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Xarici dillər təmayüllü lisey və gimnaziyaların 2016-2017-ci dərs ilinə aid tədris planları” və “Tədris planlarına dair qeydlər” təsdiq edilsin (əlavə olunur).
2. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) tədris planlarının həmin təhsil müəssisələrinə vaxtında çatdırılmasını təmin etsin.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavələri ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
4 iyul 2016-cı il
№459
Əlavə:
Xarici dillər təmayüllü lisey və gimnaziyaların tədris planlarına dair qeydlər