11.12.2024

Direktor müavinlərinin işə qəbul prosesi ilə bağlı qeydiyyat yenidən başlanılır.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində olan vakant direktor müavinlərinin işə qəbulu müsabiqəsinə (SİM platforması üzərindən onlayn hazırlıq proqramı həyata keçirilməklə) qeydiyyat yenidən başlayır.

♦ Müraciət etmək istəyən şəxslər 12 dekabr 2024-cü il tarixindən 19 dekabr 2024-cü il tarixinədək zəruri sənədləri iş günləri ərzində saat 10:00-dan 17:00-dək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müvafiq rayon üzrə təhsil sektorlarına təqdim etməklə qeydiyyatdan keçə bilərlər.

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:
⇒ şəxsiyyəti təsdiq edən sənədin surəti;
⇒ əmək kitabçasının surəti;
⇒ ali təhsil haqqında sənədin və əlavəsinin surəti.

Namizədlər üçün tələblər:
► pedaqoji ixtisas üzrə ali təhsil;
►  3 ildən az olmayaraq pedaqoji staj;
►  hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməsi;
►  sonuncu iştirak etdiyi müsabiqədə qiymətləndirmə nəticəsinin 70%-dən yuxarı olması (MİQ, DQ və ya sertifikatlaşdırma balı).

Direktor müavinlərinin işə qəbulu müsabiqə yolu ilə aşağıda qeyd olunan mərhələlərdən ibarət olmaqla regional təhsil idarəsi tərəfindən həyata keçiriləcək:
►  Qeydiyyat və sənədlərin yoxlanışı;
►  Onlayn platformada 30 saatlıq təlim (minimum iştirak tələbi-27 saat);
►  Onlayn test imtahanı;
►  Əyani test imtahanı;
►  Müsahibə.

Müsabiqənin yekun nəticələrinə əsasən namizədlərin vakant yerlərə yerləşdirilməsi aparılacaq. Müsabiqə nəticəsində ehtiyat kadrların saxlanılması nəzərdə tutulmur.

SİM platforması - https://www.sim.edu.az/

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #SİM #platforma #onlaynhazırlıq #direktormüavinləri


Açar sözlər: ,