Müsabiqənin test mərhələsində 30 baldan yuxarı nəticə göstərmiş namizədlər 04 noyabr tarixindən 07 noyabr 2024-cü il tarixinədək (saat 17:00-dək) aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
► Qeydiyyat linki: https://forms.gle/FsuMaSe9fP9qxhDC8
Qeydiyyat başa çatdıqdan sonra müsabiqənin müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcək.
Müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edənlər arasından ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcək. Bu namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət olunacaq.
Müsahibədə 2023-cü ildə keçirilən müsabiqənin test imtahanı mərhələsində uğur qazanan namizədlərlə yanaşı 2022-ci ildə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqədə uğur qazanıb ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər də vakansiya seçimində iştirak edə bilərlər.
► Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı: https://shorturl.at/xHbTM
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #tərbiyəçimüəllim #işəqəbul #müsahibə