16.10.2024

Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində olan vakant tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır.

 

Sənəd qəbulu 16 oktyabr 2024-cü il tarixindən 30 oktyabr 2024-cü il saat 17:00-dək davam edəcək.

 

♦ Müraciət etmək istəyən şəxslər zəruri sənədləri iş günləri ərzində saat 10:00-dan 17:00-dək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müvafiq rayon təhsil sektorlarına təqdim etməklə qeydiyyatdan keçə bilərlər.

 

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

şəxsiyyəti təsdiq edən sənədin surəti;

əmək kitabçasının surəti; ali təhsil haqqında sənədin və əlavəsinin surəti.

Namizədlər üçün tələblər:

pedaqoji ixtisas üzrə ali təhsil;

3 ildən az olmayaraq pedaqoji staj;

♦  hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməsi;

♦  sonuncu iştirak etdiyi müsabiqədə qiymətləndirmə nəticəsinin 70%-dən yuxarı olması (MİQ, DQ və ya sertifikatlaşdırma balı).

Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul müsabiqə yolu ilə aşağıda qeyd olunan mərhələlərdən ibarət olmaqla regional təhsil idarəsi tərəfindən həyata keçiriləcək:

♦  Qeydiyyat və sənədlərin yoxlanışı;

♦  Onlayn platformada 30 saatlıq təlim (minimum iştirak tələbi-27 saat);

♦  Onlayn test imtahanı;

♦  Əyani test imtahanı;

♦  Müsahibə.

 

Müsabiqənin yekun nəticələrinə əsasən namizədlərin vakant yerlərə yerləşdirilməsi aparılacaqdır. Müsabiqə nəticəsində ehtiyat kadrların saxlanılması nəzərdə tutulmur.

 

► Aşağıdakı keçidlərdən istifadə edərək Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə vakansiyalarla tanış ola bilərsiniz:

Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsi üzrə vakant yerlər - https://shorturl.at/E9gxa

Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsi üzrə vakant yerlər - https://shorturl.at/UkPSH

 

Qeyd üçün bildiririk ki, yeni vakansiyalar yarandıqca hazırda təqdim olunan siyahıya əlavələr ediləcək.

 

#LənkəranAstaraRTİ #MÜTDA #EduAz #müsabiqə #vakansiya