Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində yerləşən və şagird sayı 151-500 aralığında olan ümumtəhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır.
Sənəd qəbulu 23 avqust 2024-cü il tarixindən 29 avqust 2024-cü il saat 17:00-dək davam edəcək.
Müraciət etmək istəyən şəxslər zəruri sənədləri iş günləri ərzində saat 10:00-dan 17:00-dək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müvafiq rayon təhsil sektorlarına təqdim etməklə qeydiyyatdan keçə bilərlər.
Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:
⇒ kadrlar uçotunun şəxsi vərəqəsi;
⇒ şəxsiyyəti təsdiq edən sənədin surəti;
⇒ əmək kitabçasının surəti;
⇒ ali təhsil haqqında sənədin və əlavəsinin surəti.
Namizədlər üçün tələblər:
♦ pedaqoji ixtisas üzrə ali təhsil;
♦ 5 ildən az olmayaraq pedaqoji staj (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il);
♦ hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməsi.
Şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə regional təhsil idarəsi tərəfindən həyata keçiriləcək.
Aşağıdakı keçiddən istifadə edərək Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə vakansiyalarla tanış ola bilərsiniz:
► Vakant yerlərin siyahısı: https://shorturl.at/j8vGi
Qeyd üçün bildiririk ki, yeni vakansiyalar yarandıqca hazırda təqdim olunan siyahıya əlavələr ediləcək.
#LənkəranAstaraRTİ #MÜTDA #EduAz #DirektorlarınİşəQəbulu #müsabiqə #vakansiya