01.04.2024

Gənclər Paytaxtında II Kitab Sərgisi keçiriləcək.

Aprelin 5-dən 7-dək Gənclər Paytaxtı Lənkəran şəhərində II Kitab Sərgisi keçiriləcək. Ölkənin 30-a yaxın aparıcı nəşriyyatının, 70 nəfərə yaxın yazıçı və ziyalılarımızın iştirakı ilə baş tutacaq sərgi çərçivəsində möhtəşəm proqram və çoxçeşidli kitabların satışı, eləcə də nümayişi nəzərdə tutulub.

 

Müxtəlif endirimlərin tətbiq olunacağı kitab festivalında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar təşkil olunacaq.

 

Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Respublikasının Gənclər və İdman NazirliyiAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə tədbir hər gün saat 10:00-dan 19:00-dək Heydər Əliyev Mərkəzində baş tutacaq.

 

#LənkəranAstaraRTİ #EduAz #ANAİB #kitablagəlirik