28.03.2024

Şagird sayı 500-dən çox olan məktəblər üzrə direktorların yerdəyişməsi müsabiqəsinə başlanılır.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinə yerdəyişmə prosesinə qeydiyyat başlayır. Müsabiqədə hazırda ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışan şəxslər iştirak edə bilər.

 

Müsabiqə 5 mərhələdən (qeydiyyat, namizədin rəhbərlik etdiyi təhsil müəssisənin monitorinqi, test imtahanı, müsahibə və vakant yerlərin seçimi) ibarətdir. İştirak etmək istəyən namizədlər 28 mart 2024-cü il tarixindən 4 aprel 2024-cü il tarixinədək aşağıda qeyd olunan keçid linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

⇒ Qeydiyyat linki: https://shorturl.at/qGJK9

 

Qeydiyyatdan keçmiş namizədlərin məlumatları yoxlanıldıqdan sonra rəhbərlik etdikləri təhsil müəssisələrində Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən monitorinq aparılacaq. Aparılmış monitorinqin nəticələrinə uyğun olaraq namizədin test imtahanına buraxılması barədə qərar qəbul ediləcək.

 

Test imtahanında namizədlərə təhsil və idarəetmə üzrə qanunvericilik 20 sual, pedaqogika və metodika, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 50 test tapşırığı təqdim ediləcək. Təqdim olunan sualların 40 faizini düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.

 

Bir vakant yerə müsabiqədə uğur qazanaraq eyni balı toplayan 1-dən çox namizəd olduğu halda vakant yerlərin seçimi mərhələsində ilk növbədə son 3 il ərzində hazırda çalışdığı məktəbin IX və XI siniflər üzrə buraxılış imtahanlarının və son 2 ildə IV siniflər üzrə monitorinqlərin nəticələri ardıcıllıqla nəzərə alınacaq.

 

Qeyd: Son 6 (altı) ay ərzində barəsində müvafiq intizam tənbeh tədbiri olan şəxslərin müsabiqədə iştirakına icazə verilmir.

 

⇒ Vakant yerlərin siyahısı: https://shorturl.at/afpST

 

#LənkəranAstaraRTİ #DirektorlarınYerdəyişməsi #vakansiya #işvar

 

 


Açar sözlər: ,  ,