Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinə tərbiyəçi-müəllimlərin işə qəbulunu elan edir.
Layihə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi məktəbəqədər təhsildə keyfiyyətin artırılması və ona çıxış imkanlarının yaradılması, eyni zamanda icma-məktəb əlaqələrinin gücləndirilməsidir. Layihə çərçivəsində icmalarda 3-5 yaşlı uşaqlar üçün xüsusi resurslarla təmin olunmuş sinif otağı təşkil olunacaq. Uşaqlar həftə ərzində 4 dəfə 2-2.5 saat olmaqla məktəbəqədər təhsilə cəlb olunacaqlar.
Layihəyə qəbul olunmuş tərbiyəçi-müəllimlər icmada xüsusi yaradılmış qruplarda müəyyən zaman çərçivəsində 3-5 yaşlı uşaqların məktəbəqədər təhsili ilə məşğul olacaqlar. Tərbiyəçi-müəllimlər bununla bağlı mütəmadi olaraq xüsusi təlimlərdə iştirak edəcəklər.
İcma qrupları ilə işin təşkili və təlimlərə qatılma xərcləri layihə tərəfindən qarşılanacaq.
Kimlər tərbiyəçi-müəllim ola bilər?
♦ Yeni açılacaq icma mərkəzinin yerləşdiyi məktəbə yaxın ərazidə (daimi) yaşamaq;
♦ 3-5 yaşlı uşaqlarla işləmək arzusu, biliyi və bacarığı olması;
♦ Həftədə 4 dəfə 2 – 2,5 saat olmaqla tədris prosesini təşkil etmək imkanına malik olmaq;
♦ Ali və ya orta ixtisas təhsilli namizədlərə, xüsusən də erkən uşaqlıq təhsili və ya əlaqəli sahələrdə ixtisasları olan namizədlərə üstünlük verilir.
Müraciət qaydaları və seçim mərhələləri:
♦ Ərizə (Elektron müraciət) formasının doldurulması
♦ Ərizəçi meyarlarına cavab verən namizədlər imtahan mərhələsinə dəvət olunur
♦ İmtahanın keçiriləcəyi yer, tarix və saatı barədə əvvəlcədən namizədlərə məlumat verilir
♦ Müsabiqə mərhələsi
♦ Müsahibə mərhələsi
♦ Müraciət üçün son tarix: 04 aprel 2024-cü il
⇒ Qeydiyyatdan keçmək üçün linkə keçid edin: http://https://forms.gle/AEb8t1bpDxUzHmHV7
#EduAz #MÜTDA #LənkəranAstaraRTİ #İcmaƏsaslıMəktəbəqədərTəhsil