Mehdiyev Bəhruz Yusif oğlu 1986-cı ildə Bərdə rayonunda anadan olub.

2003-2007-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Tarix ixtisası üzrə bakalavr, 2016-2018-ci illərdə ADA Universitetində Təhsil üzrə menecment ixtisası üzrə magistr təhsili alıb. 

2009-2013-ci illlərdə “Mədəd Azərbaycan” MMC-də baş təlimçi, 2010-2013-cü illərdə Ağstafa rayonu Azər Yusifli adına Böyük Kəsik kənd tam orta ümumtəhsil məktəbində müəllim, 2013-2014-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzində mütəxəssis vəzifəsində çalışıb.

2014-2022-ci illərdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar bağça-məktəb-lisey kompleksinin icraçı direktoru kimi fəaliyyət göstərib.

2022-2023-cü illərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. 

Elm və təhsil naziri Emin Əmrullayevin 15 dekabr 2023-cü il tarixli əmri ilə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunub.  

Ailəlidir, 1 övladı var.