Rəhimov Rəhim Rafiq oğlu 1977-ci ildə Ucar rayonunda anadan olub.
1998-2002-ci illərdə Bakı Dövlət Universitetində Şərqşünaslıq ixtisası üzrə bakalavr, 2002-2004-cü illərdə Sumqayıt Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə magistr təhsili alıb.
2002-2011-ci illərdə ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğul olub.
2011-2022-ci illərdə Ucar rayonu Qazıqumlaq kəndi Sadıq Salahov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışıb.
7 iyul 2022-ci il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri, 3 avqust 2023-cü il tarixində isə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.
Ailəlidir, 3 övladı var.