28 May- Respublika Günü münasibəti ilə Lənkəran şəhər 5 №-li tam orta məktəbdə təntənəli tədbir keçirilmişdir. Tədbirdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini G.Bağırov və aparıcı məsləhətçi R.Hüccətov iştirak edərək şagirdlərin əl işlərindən ibarət sərgiyə tamaşa etmişlər.Tədbiri giriş sözu ilə açan Nazimə Şiriyeva bu günün tarixi əhəmiyyətindən söz açmışdır.Sonra tədbir şagirdlərin hazırladığı ədəbi- bədii kompozisiya iıə davam etmişdir.