Şura iclasında Haftoni və Havzava kənd tam orta məktəblərində təlim-tərbiyə işlərinin monitorinqinin, şəhər 8№-li , Vilvan, Boladi 2 №-li tam orta və Daşdalıqjar ümumi orta məktəblərində ədəbiyyat fənnində kurrikulumun tətbiqi ilə bağlı monitorinqinin nəticələri müzakirə olunmuşdur.
Şurada Olimpiadanın Respublika turunun qalibləri Şəhər Təhsil Şöbəsinin müdiri Ş.Əhmədova və müdir müavini G.Bağırov tərəfindən diplom və hədiyyələrlə təltif olunmuşdur.
Şura iclasında cari məsələlər və Təhsil Nazirliyinin təlimati məktubları barədə ŞTŞ- nin müdiri Ş. Əhmədova, müdir müavini G.Bağırov məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışlar.