16.05.2016

 “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Əbədiyyət işığı” adlı tədbir keçirildi.

            Lənkəran şəhər 9 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Əbədiyyət işığı” adlı tədbir keçirildi. Tədbirdə şagirdlər Ulu Öndərə həsr edilən mahnı və şeirlər söylədilər. Öndərin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdilər. Sonda məktəbin direktoru Bəxtiyar İbayev çıxış edərək bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirin təşkilatçısı Azərbaycan dili və ədəbiyyat müəllimi Bəşirova Ülkər, ibtidai sinif müəllimi Rəhimova Səyyarə və tədbirdə fəal iştirak edən şagirdlər Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olundular. Şagirdlər üçün hazırlanmış təltifləri Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı məsləhtçisi Ramin Hüccətov təqdim etdi.


Açar sözlər: