14.05.2016

Coca-Cola və AFFA-nın təşkil etdiyi "Məktəbli kuboku 2015-2016" adı altında VII sinif  şagirdləri arasında zona birinciliyi keçirildi.

                13 may 2016-cı il tarixində R.Dadaşov adına Sütəmurdov kənd tam orta məktəbinin idman zalında Coca-Cola və AFFA-nın təşkil etdiyi "Məktəbli kuboku 2015-2016" adı altında VII sinif  şagirdləri arasında zona birinciliyi keçirildi.Yarışa Lənkəran,Lerik,Yardımlı,Masallı və Astara rayonlarının məktəblilərindən ibarət komandaları qatılmışdı.
            Açılışı Lənkəran Şəhər Təhsil Şöbəsinin metodisti Kamran Məmmədov və yarışa ev sahibliyi edən Lənkəran rayonu R.Dadaşov adına Sütəmurdov kənd tam orta məktəbinin direktoru Kamran Əliyev çıxış etdilər.
            Gərgin mübarizədən qalib ayrılan Lənkəran rayonu R.Dadaşov adına Sütəmurdov kənd tam orta məktəbinin şagirdlərindən ibarət komandamız Lerik komandasına 5-2,Masallı komandasına 4-2 və nəhayət Astara komandasına 4-2 hesabı ilə qalib gəldilər.
                  Daha sonra qaliblər Coca-Cola və AFFA-nın xüsusi hədiyyələri ilə mükafatlandırıldılar.

 


Açar sözlər: