03.04.2026

Əməyin mühafizəsi ilə bağlı maarifləndirici tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərinin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edilməsi, həmçinin bu sahə üzrə ilkin təlimatlandırılması məqsədilə maarifləndirici tədbirlər təşkil olunub.

 

Tədbirlər Lənkəran-Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Orxan Əzimov və aparıcı məsləhətçi Elnur Fətullazadə tərəfindən Lənkəran şəhərində əyani, digər rayonlar üçün isə onlayn formatda keçirilib.

 

Tədbir zamanı əməyin mühafizəsinin əsas prinsipləri, iş yerlərində təhlükəsizlik qaydalarının tətbiqi və mümkün risklərin qarşısının alınması yolları barədə məlumat verilib. Eyni zamanda, fövqəladə hallarda davranış qaydaları və ilkin təlimatlandırmanın əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.

 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #əməyinmühafizəsi