Soyqırımının 108-ci ildönümü ilə əlaqədar Lənkəran-Astara Regional Təhsil İdarəsinin kollektivi Lənkəran şəhərində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə qərənfillər düzüblər.
1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Lənkəran, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar.
#LənkəranAstaraRTİ #ElmVəTəhsilNazirliyi #MÜTDA #31mart #Soyqırımı