19.03.2026

Ustad dərslərinin təşkilinə nəzarətin təmin edilməsi məqsədilə tədbirlər həyata keçirilir.

Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən ustad dərslərinin mütəmadi təşkilinə nəzarətin təmin edilməsi məqsədilə bütün rayonlar (şəhər) üzrə təhsil sektorlarını əhatə edən fəaliyyətlər icra edilib. Ümumilikdə 26 ustad dərsi təşkil edilib, bu dərslərdə 94 müəllim və 483 şagird iştirak edib.

 

Hazırda region üzrə ustad dərslərin təşkili və nümunəvi dərslərin nümayişi işləri davam etdirilir, mövcud çatışmazlıqların aradan qaldırılması və bütün ümumi təhsil müəssisələrində bərabər şəraitin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

 

‎Ustad dərslərinin keçirilməsində əsas məqsəd müasir təlim metodlarının tətbiqinin genişləndirilməsi, müəllimlər arasında əməkdaşlığın və təcrübə mübadiləsinin gücləndirilməsi, həmçinin tədrisin keyfiyyətinin yüksəldilməsidir.

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #UstadDərsləri