19.03.2026

24 qabaqcıl müəllimin təcrübəsi müxtəlif məktəblərdə nümayiş etdirilib və ümumilikdə 720 müəllim prosesə cəlb olunub.

Təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi və məktəblərarası əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə qabaqcıl müəllimlərin peşəkar təcrübəsinin paylaşılması istiqamətində sistemli tədbirlər həyata keçirilməkdədir.

 

Aparılan fəaliyyətlər çərçivəsində 240 ümumtəhsil müəssisəsində yüksək nəticələr əldə edən müəllimlər müəyyənləşdirilib, onların qabaqcıl pedaqoji təcrübəsi təqdim olunaraq geniş müzakirə və təhlil edilib. Bu günədək 24 qabaqcıl müəllimin təcrübəsi müxtəlif məktəblərdə nümayiş etdirilib və ümumilikdə 720 müəllim prosesə cəlb olunub.

 

Eyni zamanda, fənn müəllimləri arasında həmkar dəstəyi mexanizmlərinin formalaşdırılması və effektiv koordinasiyası təmin edilib.

 

Qeyd olunan fəaliyyətlərin tədris ilinin sonunadək ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulur.

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #qabaqcılmüəllim #təcrübəmübadiləsi