17.03.2026

Milli qiymətləndirmənin nəticələrinin təhlili məqsədilə görüşlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində keçirilən milli qiymətləndirmənin nəticələrinin təhlili məqsədilə məktəb direktorlarının, imtahan mərkəzlərinin rəhbərlərinin, ötən tədris ilində IV siniflərdə dərs keçmiş, sertifikasiya nəticələri yüksək, lakin sinfinin nəticələri aşağı olan müəllimlərin, həmçinin 2025–2026-cı tədris ilində IV siniflərdə dərs keçən müəllimlərin bir qisminin iştirakı ilə görüş təşkil edilib.
 

Görüş zamanı IV və VI siniflər üzrə keçirilən monitorinq imtahanlarının nəticələri geniş şəkildə təhlil olunub, göstəricilər əsasında şagirdlərin bilik və bacarıq səviyyəsi qiymətləndirilib. Aparılan təhlillər nəticəsində nəticələri aşağı olan və köçürmə hallarının baş verməsi ehtimalı olan məktəblərin müxtəlif sinifləri üzrə göstəricilər müqayisə olunub, müsbət dinamika müşahidə edilən istiqamətlər, eyni zamanda inkişaf etdirilməsi zəruri hesab olunan sahələr müəyyənləşdirilib.
 

Eyni zamanda müəllimlərin rəy və təklifləri dinlənilib, əldə edilmiş nəticələr nəzərə alınmaqla gələcək fəaliyyət istiqamətləri və müvafiq tədbirlər planı müəyyən olunub.
 

Bu kimi görüşlərin keçirilməsində əsas məqsəd təhsilin keyfiyyətinin artırılması, şagird nailiyyətlərinin yüksəldilməsi və tədris prosesinin daha da təkmilləşdirilməsidir.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #MilliQiymətləndirmə #görüş